ABŞ İrana qarşı daha bir hücum dalğasını tamamlayıb.
Musavat.com ABŞ Mərkəzi Komandanlığının X hesabında yerləşdirilən məlumata istinadən xəbər verir ki, hədəf İranın hava hücumundan müdafiə və kəşfiyyat obyektləri, pilotsuz təyyarə anbarları və raketləri olub.
İran mənbələri hücum zamanı Hacıabad, Bəndər-Abbas və Sirik şəhərlərinə, Qəşm adasına raket zərbələri endirildiyinə dair məlumat yayıb.
Musavat.com






