Bakıda vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə daha iki yol sahəsində təmir işlərinə başlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək olan hissədə) iyulun 2-si saat 10:00-dan başlayaraq iyulun 4-ü saat 07:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Hüseyn Cavid prospektində isə (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək olan hissədə) iyulun 2-si saat 10:00-dan başlayaraq iyulun 3-ü saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bundan sonra, iyulun 3-ü saat 22:00-dan iyulun 6-sı saat 07:00-dək həmin hissədə yol tam bağlanacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə və saatlarda alternativ marşrutlardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.






