İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Ağdam coşqusu: Şəhidlər Xiyabanında izdiham yaşanıb - VİDEO FOTO

4008 20.11.2020 13:15 Gündəm A A

Bakıda Ağdamın işğaldan azad edilməsi izdihamla qeyd edilib.

Vətəndaşlar əllərində Azərbaycan və Türkiyə bayrağı, “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək, Şəhidlər Xiyabanına yürüş ediblər.

Onlar Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Ağdamdan olan vətəndaşlar dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildirib, sevinc hislərini bölüşüblər. Ağdam üçün Şəhidlər Xiyabanına yürüş edənlərin arasında Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, keçmiş döyüşçülər də olub. 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun işğaldan azad olunması müjdəsini verib.

Musavat.com-un əməkdaşlarının Şəhidlər Xiyabanından etdikləri videoreportajı təqdim edirik:

İlkin Muradov,
Fotolar Alim Liftiyevindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR