İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Dəmiryol Vağzalındakı ticarət mərkəzində tüstülənmə baş verib

480 28.11.2023 17:17 Son xəbər A A

Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR