İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı bulvarında “Formula 1” coşqusu… - REPORTAJ, FOTOSESSİYA

908 26.04.2019 14:02 Reportaj A A

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günüdür.

Musavat.com xəbər verir, şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır. Bakı bulvarında isə sözün həqiqi mənasında Formula 1 coşqusu yaşanır. Hilton otelinin yaxınlığında, Bulvar ərazisində maraqlı əyləncəli proqramlar, istirahət üçün yerlər təşkil olunub.

Gün ərzində bu ərazidə quraşdırılan tribunada pilotların imza günləri keçirilir. İmza gününə yalnız yarış üçün bileti olanlar və media nümayəndələri qatıla bilirlər. Burada insanlar həmçinin pilotlarla foto da çəkdirmək şansına yiyələnirlər.

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Onlara mədəniyyətimizi tanıtmaq üçün bulvar ərazisində xüsusi yer də hazırlanıb. Burada qədimi əşyalarımız, xalçamız, milli adət-ənənələrimiz barəsində xarici qonaqlara məlumat verilir.

Bundan əlavə bulvar ərazisində Hökumət evinin qarşısında milli çalarlarla bəzədilmiş xüsusi oturacaqlar da hazırlanıb ki, bura da xaricilərin marağındadır. Ərazidə həmçinin Formula 1 yarışlarının atributlarının satıldığı kösklər də quraşdırılıb.

Ərazi çox yüksək səviyyədə mühafizə olunur. Bura kənar şəxslərin daxil olması mümkün olmadığı kimi, izləyicilər də diqqətlə yoxlanıldıqdan sonra içəri buraxılır. 

Qeyd edək ki, Bakıda 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat...

Bakı bulvarında fotosessiyanı təqdim edirik.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR