İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-2019: Altıncı günün gündəliyi

467 26.07.2019 04:33 İdman A A

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı günündə 8 idman növü üzrə yarışlar keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan idmançıları bu növlərdən yeddisində qüvvəsini sınayacaq.

Komanda idman növlərindəki yığmalarımız 5-8-ci yerlər uğrunda mübarizəyə başlayacaq. Bunlar basketbol və voleybolda oğlanlar, həndbolda isə hər iki millimizdir.

İdman gimnastikasında bir təmsilçimiz medallar uğrunda yarışacaq. Cüdoda 4, üzgüçülükdə üç idmançımız qüvvəsini sınayacaq ki, onların hər biri öncə ilkin mərhələləri adlamalı olacaq. Atletikada isə yığmamızın üç üzvü fərdi mübarizədə çıxış edəcək. İki komandamız isə estafetdə sürətini sınayacaq.

Qeyd edək ki, üzgüçülük yarışları bu gün yekunlaşacaq.

26 iyul
İdman gimnastikası
14:00. Oğlanlar, ayrı-ayrı hərəkətlər
Səməd Məmmədli
Atletika
18:10. Qızlar, üçtəkanla tullanma, final
Sabrina Jralova
18:45. Oğlanlar, disk atma, təsnifat, B qrupu
Yusif Nəzərov
18:50. Oğlanlar, 4x200 m, I mərhələ
Aleksey Ələkbərov, Əli Abdıyev, Əlham Nağıyev, Teymur Salahzadə
19:15. Qızlar, 4x200 m, finaı
Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova, Lamiyə Vəliyeva
19:45. Oğlanlar, 3000 m, final
Tomas Azevedo
Basketbol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
18:15. Azərbaycan – Yunanıstan
Həndbol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
20:30. Azərbaycan – İslandiya
Qızlar, 5-8-ci yerlər uğrunda
14:30. Azərbaycan – Rumıniya
Voleybol
Oğlanlar, 5-8-ci yerlər uğrunda
19:00. Azərbaycan – Bolqarıstan
Üzgüçülük
09:00. Qızlar, 50 m, sərbəst üsulla, təsnifat
Məryəm Şeyxəlizadəxəngah
09:10. Oğlanlar, 400 m, kompleks, təsnifat
Əliyar Cahangirbəyov
10:19. Qızlar, 800 m, təsnifat
Aysel Səfərova
10:30. Cüdo
Oğlanlar
81 kq, 1/16 final
Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya)
90 kq, 1/16 final
Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq, 1/8 final
Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)
Qızlar
70 kq, 1/8 final
Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR