İnsanlara hürriyət, millətlərə istiqlal!

“Babək” adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb - VİDEO

506 27.05.2023 13:58 Kriminal A A

Ötən gün Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

DİN-dən Musavat.com-a verilən xəbərə görə,  Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Niyazov, Aydın Məlikov, tanışı Elman Yolçuyev və Şaiq Kazımov tutulublar. Həmin şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana və metamfetamin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Babək” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməklə yanaşı, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Niyazov, Aydın Məlikov, Elman Yolçuyev və Şaiq Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR