İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi

927 08.12.2021 12:13 Kriminal A A

Azyaşlıya qarşı seksual zorakılıq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 38 yaşlı Elmar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə Elmar Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Azyaşlıya qarşı bu hərəkətləri etməkdə ittiham olunan E.Kərimova ittiham olunduğu maddə ilə nəzərdə tutulan maksimum 15 il cəzadan bir il az cəza təyin edilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR