İnsanlara hürriyət, millətlərə istiqlal!

Azov dənizində həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - VİDEO

230 06.06.2026 01:56 Ölkə A A

İyunun 5-nə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində vurulub. Gəmidə həlak olanlardan biri Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir.

Musavat.com Baku TV-yə istinadən xəbər verir ki, həlak olan Məhəmməd Əliyevin qardaşı Elvin Əliyev baş verən hadisə barədə jurnalistlərə açıqlama verib.

"Qardaşım beş ildən artıq idi ki, bu sahədə işləyirdi. Özü kapitan köməkçisi idi. Bu gün səhər onun dünyasını dəyişdiyini öyrəndim. Başqa bir gəmidə işləyən dostu zəng edib bu ağır xəbəri mənə çatdırdı. Cənazənin iki günə gətiriləcəyini dedilər. İndi mən də bir qardaş kimi yolunu gözləyirəm. Evli idi, bir övladı var", - deyə o, bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR