İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz” yenilənən sayğacların sayını açıqlayıb

407 14.10.2019 15:50 Ölkə A A

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.

“Azəriqaz”dan Musavat.com-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində, ümumilikdə, 182 471 sayğac yenisi ilə əvəzlənib. Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır.

Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR