İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərenerji” ASC sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərini yenidən qurur

591 18.02.2019 12:43 Ölkə A A

“Azərenerji” ASC “Reabilitasiya Planı”na uyğun olaraq, istilik, su və kiçik   elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir.

Bu barədə musavat.com-a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.

Qeyd edək ki, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində tikinti və yenidənqurma işlərinin aparılması enerjisistemin dayanıqlığı, etibarlığı və fasiləsizliyi üçün başlıca şərtlərdən biri olmala yanaşı texniki itkilərin aradan qaldırılmasında da xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda elektrik enerjisinin idxal və ixrac əməliyyatlarında da əsas yük, həm də ötürmə xətlərinin üzərinə düşür. Ən əsası isə yüksəkgərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.  

Bu səbəbdən də ötən ilin sentyabr ayında aparılan kadr islahatlarından sonra başlanan sürətli və növbəli iş rejimi nəticəsində yüksəkgərginlikli 330 kV-luq 3-cü İmişli, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kV-luq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü “Səkkizinci kilometr” və 1-ci “Əhmətli” hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb.

“Cənub” Elektrik Stansiyası ilə “Xırdalan” yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.

Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü “Sabirabad”, 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR