İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların 84 faizi sülh deyir, ermənilərin 75 faizi nifrət püskürür - real faktlar

824 06.07.2024 09:33 Siyasət A A

Ekspert: “Erməni cəmiyyətinin böyük hissəsinin bu ovqatda olması əslində Ermənistanın faciəsidir”

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

Mərkəzdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.

Sorğular 2024-cü ilin 10 iyun - 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib. Nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistik məlumatlara uyğun olaraq müəyyən edilib. Sorğular ölkənin 12 iqtisadi rayonunu (Şərqi Zəngəzur və Naxçıvan istisna olmaqla) əhatə edib.

Həmçinin, sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü əsasda aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar verilib. Əhatə olunan respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

May ayında Ermənistanda keçirilmiş sorğuda isə ermənilərin böyük əksəriyyəti sülhə qarşı çıxmışdılar. GALLUP-un keçirdiyi sorğudan məlum olub ki, ermənilərin 75 faizindən çoxu sülhə qarşı çıxıb, bildiriblər ki, azərbaycanlılarla birgə yaşamaq istəmirlər. 

Bu faktlar bir daha Ermənistan dövlətinin, xalqının mahiyyətini ortaya qoyur. Belə bir mühitdə ermənilərlə normal qonşuluq mümkün olacaqmı? 

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, cəmiyyətin sülhə münasibəti ikinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslərlə əlaqəlidir. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan cəmiyyətində Ermənistana münasibətdə xüsusi qəzəb var idi. Çünki Azərbaycanın torpaqlarını Ermənistan işğalda saxlayırdı. Xocalı soyqırımını, Daşaltı, Qaradağlı, Başlıbel, Ağdaban və digər kənd və qəsəbələrimizdə ermənilərin dinc əhaliyə qarşı həyata keçirdikləri qətliamlar təbii ki, Azərbaycan cəmiyyətində ermənilərə, Ermənistana qəzəb yaratmalı idi. Bütün bunlara baxmayaraq Azərbaycan öz ərazilərini azad etdikdən sonra Ermənistanla sülh şəraitində yaşamaq niyyətini ortaya qoyur və cəmiyyət də bu mövqedədir. Lakin Ermənistan və erməni cəmiyyəti tamamilə haqsız və əsassız olaraq Azərbaycanla sülhə qarşıdır: “Çünki Azərbaycan Ermənistanın ərazilərini işğal etməyib, erməni əhalisinə qarşı heç bir soyqırımı, heç bir qətliam aktı həyata keçirməyib. Azərbaycan öz ərazisini separatçı ermənilərdən və Ermənistan silahlı qüvvələrinin işğalından beynəlxalq qanunlara əsaslanaraq azad edib. Bu zaman da heç bir mülki erməni öldürülməyib. Qarabağdakı erməni əhalini Azərbaycan dövləti köçürməyib, onlara heç bir təzyiq olmayıb. Onlar özləri Azərbaycan vətəndaşı kimi yaşamaq istəmədiklərini əsas gətirərək könüllü şəkildə köçüblər vətəndaşlığını qəbul etdikləri Ermənistana. Bütün bunlar ortada olduğu bir vaxtda Ermənistan cəmiyyətinin Azərbaycana qəzəbi, Azərbaycanla sülhə qarşı olması sadəcə olaraq milli düşmənçilik əhval-ruhiyyəsinin ermənilərin qanına hopması ilə əlaqədardır. Ermənistan cəmiyyətinin beyinləri uzun illər ərzində zəhərlənib, onların beynini uzun illər Qarabağda və Ermənistanda ”at oynadan" terrorçu revanşist, faşist təfəkkürlü qüvvələr zəhərləyib, onlarda Azərbaycana qarşı qatı düşmənçilik hissi formalaşdırıblar. Hər bir erməni körpəsi azərbaycanlılara qarşı xüsusi nifrətlə böyüdülüb. Zamanında erməni cəmiyyətinə səpilmiş bu cür nifrət toxumları hələ də onları sülhə deyil, qarşıdurmaya yönəldir. Paşinyan hökuməti də erməni cəmiyyətindəki nifrəti aradan qaldırmaq istiqamətində bu illər ərzində iş aparmayıb".

Ekspert qeyd etdi ki, erməni cəmiyyətinin böyük hissəsinin bu ovqatda olması əslində Ermənistanın faciəsidir: “Ermənilər nəticə çıxarmaq hissini sanki itiriblər. Bu onların bədbəxtliyidir. Azərbaycan cəmiyyəti isə bu gün özünə, dövlətinə, dövlətinin liderinə inanan və nifrət hissi ilə yaşamayan cəmiyyətdir.  Bizim cəmiyyəti erməni cəmiyyətindən fərqləndirən budur. Ona görə də bizim cəmiyyət indiyə qədər olanlara rəğmən Ermənistanla sülh tərəfdarıdır. Ermənilərlə birgə yaşayışa qarşı deyil. Ancaq o da məlumdur ki, birgə yaşayış üçün, sülh üçün, əməkdaşlıq, normal qonşuluq münasibətləri üçün hər iki tərəfin istəyi lazımdır. Bir tərəfin istəyi ilə bu məsələlərə nail olmaq asan deyil”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR