İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı sənətçinin Çernobıldan radiasiyalı fotoları... Videoxülasə

2534 27.04.2016 01:24 Reportaj A A
Orxan Əzim: "İstədiyim kadrı çəkməyənə qədər həmin məkanı tərk etmirdim"

Azərbaycanlı fotoqraf Orxan Əzimin Çernobıl faciəsinə həsr edilmiş sərgisi böyük maraqla qarşılanıb. Musavat.com xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqında keçirilən sərgidə Azərbaycanın gənc fəalları, yazarlar, jurnalistlər iştirak ediblər.
Çernobıl facisəinin 30 illiyinə həsr edilmiş sərgi haqqında danışan sərgi müəllifi fotoqraf Orxan Əzim, Azərbaycanda ilk dəfə bu mövzuda sərgi keçirildiyini deyib: “Düzdür bir balaca çətinliklər oldu, hal-hazırda bəzi fəsadlar da var. Amma mən istərdim, hamı gedib oranın havasını tənəffüs etsin”.

Talktime.az saytına müsahibəsində o, bildirib ki, 2 ilə yaxın idi ki, Çernobıla getməyi planlaşdırırmış: “Bu il hadisənin 30 illiyi olduğu üçün nə baş verirsə versin, ora gedib çəkmək artıq məqsədim idi. Səfər xərcləri çox olduğundan çalışdığım –“Report İnformasiya Agentliyi” və dostlar mənə yardımçı oldu, bu isə işimi daha məsuliyyətli görməyimi tələb edirdi. 2 aya yaxın özümü psixoloji hazırladım, amma araşdırmalarım 2 il olardı ki, davam edirdi və fevral ayında getmək qərarını verdim. Səfərim 2 gün çəkdi, çox maraqlı, riskli, gərginliklə dolu günlər yaşadım. Bəzi ərazilərə ildən-ilə radiasiyanın çoxluğu səbəbindən girişə qadağan qoyulub, lakin bələdçidən xahiş etdim ki, icazə versin. Çünki hər şeyi bütün qadağaları gözə alıb gəlmişəm və çəkməliyəm. Müəyyən yerlərdə dayanma dəqiqələri var idi,  mən vaxt məhdudiyyətini nəzərə almırdım. İstədiyim kadrı çəkməyənə qədər həmin məkanı tərk etmirdim. Bələdçinin bəzi ərazilərin arzuolunan olmadığını deməsinə səbəb həmin yerlərin radiasiya çoxluğu ilə əlaqəli riskli olması idi. Təbii ki, mən qadağalara əks gedirdim, çəkməsəydim rahat olmayacağımı bilirdim. Bələdçi seçimi mənə buraxır və elə məkanlara özü daxil olmurdu. “Pripyat” şəhəri həddindən artıq vahiməlidir. Mən orda 3 hava şəraiti ilə qarşılaşdım. Qar, yağış və günəşli hava. 

Deyərdim ki, bu 3 havanın olması çəkiliş üçün daha uyğun idi. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Çernobıla səfər üçün psixoloji hazırlıq mütləqdir. Düzdür, sadə görünə bilər və mən bunu böyüdə bilərəm, amma onu deyə bilərəm ki, səfər mənim üçün həm riskli, həm də zövqverici idi. Ora getməklə mənəvi olaraq qidalandım. Azca baş ağrılarım olur. Çernobılda sənin xəstəliyə yoluxma ehtimalın 100% deyil. Bu orqanizmdən və qayıtdıqdan sonra gördüyün tədbirlərdən asılıdır.  Mən sadəcə bədəndən radiasiyanın xaric olunması üzrə tədbir görürəm, amma müayinə olunmamışam, olunmaq fikrində də deyiləm. Müayinənin mənfi cavabını belə gözə almışam. Onsuz da cavabın mənfi və ya müsbət olması heç nəyi dəyişmir. Bu dəqiqə ən vacib olan bədəndəki radiasiyanın dərəcəsini aşağı salmaqdır. Onu da müəyyən üsullarla edirəm”.

Xatırladaq ki, minlərlə insanın ölümünə, böyük bir ərazinin radiasiya ilə geriyədönməz şəkildə çirklənməsinə səbəb olan Çernobıl faciəsi 1986-cı ilin 26 aprelində, Ukraynanın paytaxtı Kiyevin yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasındakı 4-cü reaktorda partlayış olması nəticəsində baş vermişdi. 


Aytən ABBASLI
Video müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR