İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı şəhidin adına Arakanda su bulağı açılıb - VİDEO

834 17.05.2021 17:22 Son xəbər A A

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi olan Muhammad Mazen oğlu Eissavinin xatirəsi Myanmarın Arakan bölgəsində əbədiləşdirilib.

Bu barədə BAKU.WS-ə şəhidin yaxınları məlumat verib.

Bildirilir ki, əslən ərəb (fələstinli) olan Azərbaycan ordusunun şəhis əsgəri Muhammad Eissavinin adına Arakanda su bulağı açılıb.

Qeyd edək ki, Muhammad Eissavi 2002-ci il fevralın 18-də anadan olub. O, 76 nömrəli tam orta məktəbi bitirmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR