İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı məşhurlardan İmamoğlu paylaşımları... - FOTOLAR

3512 24.06.2019 20:37 Şou-biznes A A

Azərbaycanlı məşhurlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsi üçün təkrar keçirilən seçkilər barədə fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, 53.66 faiz səslə qalib gələn Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun qələbə qazanması yerli məşhurları sevindirib.

Türkiyə vətəndaşı olan Günay Musayeva səs verdiyi zaman çəkilən fotosunu yenidən paylaşaraq “İstanbul… Hər şey gözəl oldu” şərhini yazıb.

Bir müddət Türkiyədə yaşadıqdan sonra Bakıya dönən aparıcı Şəhriyar Əbilov Ə. İmamoğlunun fotosunu paylaşaraq “Təbriklər, Türkiyəm. Təbriklər, İstanbul” sözlərini yazıb.

Həm Azərbaycanda, həm Türkiyədə fəaliyyət göstərən aktrisa Aysel Nazim də Ə.İmamoğlunu təbrik edib. O, “Türkiyəm üçün hər şey çox gözəl oldu” şərhini bölüşüb.

Seçkilərin ölkəmizdə bu qədər diqqət görməsinə etiraz edənlər də olub. Prodüser Samir Xəttab “İmamoğlunun dərdinə elə düşmüşünüz ki, elə bil gəlib, pensiya, maaşlarınızı qaldıracaq” sözləri ilə narazılığını bildirib.

Diqqət çəkən məqamlardan biri isə Türkiyə vətəndaşı olan, əməkdar artist Məlahət Abbasovanın seçkilər barədə fikir bildirməməsidir.  

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR