İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputat federasiya prezidenti oldu

2308 20.03.2015 12:16 Ölkə A A
Dünya Alpaqut Federasiyasına yeni prezident seçilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyası uluslararası idman təşkilatının növbədənkənar toplantısı keçirilib. 

Toplantıda Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin tərkibi aşağıdakı müəyyən olunub. Heyətə Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faik Məmmədov, Arzu Eyvazova, Anar Xəlilov, Elnur Eltürk (Hüseyn), Əkbər Qoşalı (Yolçu), Vasif Namazov daxildir.

Alınan qərarlara əsasən, Atatürk Mərkəzinin müdiri, MM-in Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni prezidenti seçilib. (Qurumun bundan öncəki prezident, iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti kimi təsdiq olunub.)

Toplantıda yeni daxili əsasnamə, eləcə də federasiyanın yeni icra strukturu formalaşıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014–cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpaqut döyüş sənəti sistemlərinin qurucusu və təşkilatın ideya müəllifi, uluslararası dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazovdur. Federasiyanın Azərbaycan, Almaniya, Avstraliya, Amerika, Gürcüstan, Türkiyə, Rusiya (Başqurdistan, Moskva, Yekatirinburq üzrə), Özbəkistan, İran, Çexiya, Ukrayna üzrə rəsmi nümayəndəlikləri var. 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR