İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır” -Samvel Babayan

1239 27.07.2023 11:07 Gündəm A A

“Gücün məsuliyyət olduğunu dərk etmək və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, Vahid Vətən Partiyasının rəhbəri Samvel Babayan deyib.

O bildirib ki, ikitərəfli əlaqələrə həm Ağdamdan, həm də Gorusdan başlamaq lazımdır.

“Bu, istəsək də, istəməsək də, baş verəcək”, – deyə Babayan bildirib.

O, etiraz aksiyalarının nəyisə dəyişə biləcəyini düşünməyi sadəlövhlük adlandırıb:

“Ola bilsin ki, dünyada hər gün 200 min insan aclıqdan ölür və beynəlxalq ictimaiyyət buna əhəmiyyət vermir. Dünya üçün bu hərəkətlərin heç bir mənası yoxdur və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti demirsiniz: müharibəni uduzduqda, oyunun qaydalarını qəbul edib sağalmağa çalışmalısan”, – deyə Babayan bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, müsbət heç nə olmayacaq.

“Bir reallıq var: “Artsax” müharibədə hər şeyini itirdi, indi yenidən yaşamaq, gündəm formalaşdırmaq və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır. Biz dar ağacına getdiyimizi düşünməməliyik. Qızıl ortanı vasitəçilər olmadan tapa bilərik. Tapmasaq, fövqəldövlətlər bundan istifadə edib müharibəyə başlayacaqlar. Azərbaycan Ermənistandan göndərilən 400 ton humanitar yardımın Laçın yolundan çatdırılmasına icazə verməyəcək”, – deyə Samvel Babayan əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR