İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın tanınmış futbolçusu insult keçirdi - FOTO

817 12.02.2024 15:55 Hadisə A A

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.

Bu barədə Musavat.com-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Hadisə ötən həftəsonu baş verib.

AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.

Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində "Xəzri", "Bakı Fəhləsi" "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik" və "Karvan" komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu "Medita", "Metallurq" (Donetsk) və "Tavriya" klublarında çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR