İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “Stalinqrad”ı – Tərtərdə reportyorlarımız atəş altına düşdü FOTO VİDEO

1241 14.10.2020 15:50 Gündəm A A

Vətən uğrunda müharibənin 18-cü günü Tərtər istiqamətində döyüşlər qızğın şəkildə davam edir. Düşmən Azərbaycanın “Stalinqrad”ına – Tərtər rayonuna top və raketlərlə mərmi yağdırır.

Oktyabrın 14-də səhər 7-dən başlayaraq Azərbaycan Ordusu düşməni atəş nöqtələrini, canlı qüvvələrini zərərsizləşdirmək üçün tədbirlər görür. Ermənistan Silahlı Qüvvələri rayonun əsasən mülki şəxslər yaşayan ərazilərini atəşə tutur. Nəticədə sosial obyektlər, məktəblər, uşaq bağçaları, binalar, mülki şəxslərin evləri dağılıb, mülki şəxslər yaralanıb və həlak olublar. Hazırda Tərtər istiqamətində döyüşlər davam edir.

“Yeni Müsavat”ın Reportyor Qrupu rayon ərazisindən videoreportaj hazırlayarkən düşmənin atəşi altına düşüb. Videoreportajı təqdim edirik.

E.MƏMMƏDƏLİYEV,
E.ƏKBƏROV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR