İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “sarsılmaz” erməni diasporu üzərində daha bir qələbəsi  

478 18.02.2026 14:02 Ölkə A A

Azərbaycan dövlətinə və xalqına qarşı  müharibə cinayətləri törətmiş erməni separatçılara və Ruben Vardanyana Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmlər erməni diasporunu yasa qərq edib. Uzun illər Qarabağda erməni separatizminin alovlanmasında böyük “əmək” sərf edən erməni diasporu vay-şivən salaraq Rubenə və digərlərinə qarşı məhkəmə qərarlarını qəbul etmədiklərini bəyan eləməkdədirlər. Məsələn, ABŞ-də yaşayan erməni milyarder Nubar Afeyan Bakıda mühakimə olunan Ruben Vardanyanla bağlı emosional açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Azərbaycan məhkəməsinin çıxardığı hökmü “absurd” adlandıraraq onun azadlığa buraxılması üçün mübarizə aparacağını bildirib.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, erməni diasporu fərqindədir ki, illərlə dəstəklədikləri separatçı canilərə Azərbaycanın məhkəməsinin çıxardığı hökm erməni diasporunun da üzərində qələbədir. Erməni diasporu nümayəndələrinin hay-küy salması və narahat olması on illər boyunca apardıqları siyasətin Azərbaycan tərəfindən çökdürülməsindən doğan hay-küydür, məğlubiyyətlərini qəbul edə bilmirlər:

“Azərbaycan erməni diasporunun da üzərində qələbə qazanıb və nəticədə diaspora erməni xalqında əvvəlki inam, güvən qalmayıb.  Ona görə də erməni diasporu separatçılara çıxarılan hökmü həm də onlara çıxarılan hökm kimi qəbul edirlər.

Qarabağda separatçı qurumun ləğvindən sonra aparılan məhkəmə prosesləri və prosesin nəticəsi faktiki olaraq belə bir mesaj verdi ki, Azərbaycan ərazisində alternativ siyasi-hərbi strukturların yaradılması qəbul olunmur, xaricdən maliyyə, siyasi və informasiya dəstəyi ilə separatizm təşviq edilə bilməz. Bu baxımdan, qərarlar uzun illər Qarabağ məsələsini beynəlxalq platformalarda gündəmdə saxlayan və separatizmi siyasi alət kimi istifadə edən erməni diaspor dairələrinə də siyasi siqnal sayıla bilər”.

Politoloq qeyd edib ki, əgər separatçı liderlər hüquqi məsuliyyətə cəlb olunursa və beynəlxalq hüquq pozuntuları sübuta yetirilirsə və hər biri haqqında məhkəmə hökm çıxarırsa, bu, diasporun uzun illər sırıdığı “milli azadlıq hərəkatı” narrativinin üstündən xətt çəkir:

“Erməni diaspor qırğılarını dəliyə döndərən də budur. Ona görə də hesab etmək olar ki, qarşıdakı dövrdə daha da azğınlaşacaqlar və Azərbaycana qarşı informasiya müharibəsini gücləndirəcəklər”.

 

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR