İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın qlobal reytinqlərdəki yeri üzücüdür” - Osman Gündüz

743 28.11.2023 16:09 Gündəm A A

“Ötən ay “Qlobal İnnovasiyalar İndeksi 2023” dərc olunub. Bu ilki qlobal innovasiya reytinqi 132 ölkəni əhatə edib, bu hesabata görə ölkəmiz Azərbaycan Cənubi Qafqazda və ümumiyyətlə region ölkələri arasında ən sonuncu yerlərdə qərarlaşıb”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O deyib ki, startap sektorundakı vəziyyət də ürəkaçan deyil: “Global StartupBlink qurumunun bir neçə ay öncə dərc edilən cari il üçün startap ekosistemlə bağlı hesabatında da Azərbaycanla bağlı vəziyyət heç də ürəkaçan deyil. Azərbaycan 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb. Bu hesabatda bəzi region ölkələrinin reytinq cədvəlində tutduğu yerlər belədir, 45 Türkiyə, 49 Ukrayna , 57 Ermənistan , 71 Gürcüstan, 73 Qazaxıstan, 80 Belarus, 84 Azərbaycan, 99 Qırğızıstan.

Göründüyü kimi, təəssüf ki, startap ekosistem sahəsində də Cənubi Qafqazda və region ölkələri arasında çox aşağı yerlərdəyik. Bu qlobal hesabatlara baxanda görmək olar ki, ötən il sektorda dinamika daha çox olmuşdu.Maraqlıdır ki, bizdə bu il sektora cababdeh yeni bir dövlət qurumu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də tam gücü ilə fəaliyyətə başlamasına, sektorda müəyyən dinamika yaratmasına baxmayaraq inkişaf gözləntiləri özünü doğrultmayıb. Azərbaycan bu reytinqdə hələ də 4-5 il öncəki vəziyyətini (70-ci yer) bərpa edə bilməyib. Görünən də odur ki, hələlik İRİA daha çox bəsit tədbirlərə və səmərəsiz xarici səfərləriə üstünlük verir. Burada da bir daha vurğulamaq istərdim ki, sektora cavabdeh olan, İRİA, KOBİA və ASAN qüvvələri cəmləşdirməli , maraqlı tərəfləri cəlb etməli və vəziyyətdən çıxış yolları müəyyən etməlidirlər”.

Ekspert əlavə edib ki, bü cür qlobal qurumlarla əlaqələr gücləndirilməlidir: “Həm innovasiyada, həm də startap sektorda Azərbaycanın qlobal reytinqlərdəki yeri çox üzücüdür və təəsüfləndiricidir, belə olmaz, bütün bunlar heç bir halda potensial imkanlarımıza adekvat deyil. Səlahiyyətli qurumlar daha ciddi proqramlara diqqət yetirməli, investisiya mühitini yaxşılaşdırmalı və ekosistemin inkişafına dəstəyi gücləndirməlidirlər. İki gündən sonra ölkəmizdə İnnovasiya Sammiti baş tutacaq.

Ümid edirəm ki, sammitdə innovasiya və startap ekosistemlə bağlı cavabdeh qurumların hesabatları olacaq, bu qədər nəhəng potensiala malik Azərbaycanın nüfuzlu qurumlarının qlobal reytinqlərində nə üçün ən aşağı pillədə olması, nə üçün region ölkələrindən çox geridə olması da müzakirə predmeti olacaq”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR