İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın məşhur veteran futbolçusu Rusiya ordusuna çağırıldı

1884 28.09.2022 18:04 İdman A A

Azərbaycan millisinin keçmiş futbolçusu Emin Ağayev Rusiya ordusunda xidmət edə bilər.

Musavat.com azerisport.com-a istinadən xəbər verir ki, 49 yaşlı futbol veteranı Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.

1992-ci ildə "Neftçi" ilə Azərbaycan çempionu olan müdafiəçi, sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayev bir neçə mövsüm "Səbail"in məşqçilər korpusunda yer alıb. O, 1994-2005-ci illərdə Azərbaycan millisində 65 oyun keçirib 1 qol vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR