İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın geri qaytardığı erməni hərbçilər həbs olundu - Onlara qarşı cinayət işi açılıb

2079 09.12.2021 23:04 Son xəbər A A

Azərbaycanın 4 dekabrda Ermənistana qaytardığı erməni hərbi əsirlərin bir neçə nəfəri həbs olunub.

Musavat.com-un verdiyi məlumata görə, Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bu barədə yayılan informasiyaları rəsmən təsdiqləyib.

V.Tadevosyan bildirib ki, əsirlikdən geri dönən erməni hərbçilərdən 5 nəfəri həbs olunub: "Onlara qarşı hərbi xidmət və döyüş növbəsi qaydalarının kobud şəkildə pozulması faktı ilə cinayət işi açılıb".

Xatırladaq ki, Azərbaycan dekabrın 4-də Ermənistana 10 erməni hərbçisini geri qaytarmışdı. İndi həmin erməni hərbçilərdən 5 nəfəri artıq həbsdədir. Və bu hadisədən sonra digər erməni hərbçilərin Ermənistana dönmək istəyib-istəməyəcəkləri də maraq doğurur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR