İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı TƏHDİD edənlər bunu unutmasınlar! - BU GECƏ...

2626 14.04.2024 15:38 Siyasət A A

"Çox kiçik ərazinin hər tərəfdən hücumu dəf etməsi nümunəsini bir daha gördük. Hücum əleyhinə müdafiə kompleksləri ilə bağlı Azərbaycan vaxtında çox ağıllı seçim edib. Bu gecə bir daha şahidi olduq. Azərbaycanı təhdid edənlər bunu unutmasınlar".

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov qeyd edib.

zaur.jpg (49 KB)

Politoloqun sözlərinə əsasən, baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi:

"Ümumilikdə isə Yaxın Şərqdə böyük bir müharibə İrana lazım deyil. Tehran nüvə ilə bağlı sakitcə məqsədinə çatsa, bu onun ən böyük qələbəsi olar. Ancaq İsrail üçün son baş verənlər onu seçim etmək dilemması qarşısında qoyur və İranın nüvə proqramını yerlə-yeksan etmək üçün kart-blanş verir. Ya bu gün ən böyük təhdidi həll edir, ya da bundan da böyük təhdidlərlə gələcəkdə üzləşəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR