İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan separatçılara ŞOK ZƏRBƏ: hər qarış torpağımız...

2450 10.01.2023 20:08 Gündəm A A

"Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında yenidən Rusiyaya qarşı demarş siyasətini davam etdirdi. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təlimlərin Ermənistan ərazisində bu il ərzində keçirilməyəcəyini bildirdi və bunu məntiqdən kənar adlandırdı".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib. 

ilyas_huseynov_150320.jpg (33 KB)

Politoloq bildirib ki, ötən ilin sonlarına yaxın İrəvanda KTMT-nin sammiti çərçivəsində Paşinyan əldə olunmuş razılığa əsasən bəyanatı imzalamaqdan imtina etdi:

"Daha sonra regional problemlərin müzakirəsi ilə bağlı Moskvada XİN rəhbərləri səviyyəsində keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak etmədi. Ardınca Laçın-Xankəndi yolunda davam edən ekoaksiyada Rusiyanı günahlandıraraq 102-ci hərbi baza önündə nümayişlər keçirildi, bu nümayişləri rusofob milli-demokratik qütbün nümayəndələri icra etdilər. Daha sonra Nikol Paşinyanın əmri ilə polis onları amansızlıqla yatırdı.

Paşinyan öz müsahibəsində qeyd edir ki, Ermənistan ərazisində Rusiya silahlı qüvvələrinin olması təhlükəsizliyin qarantı deyil, əksinə, təhlükəsizlik üçün təhdidlər formalaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, Qərbdəki partnyorları Ermənistan siyasi iqtidarının arxasında dayanıb və sifarişlər həmin mərkəzlərdən gəlir. Eyni zamanda Laçın dəhlizinin açılmasıyla bağlı Rusiya ilə ultimatum dilində danışmaqdan imtina etdiyini bildirən Nikol Paşinyan həm də müəyyən formada Rusiya ilə münasibətləri balansda saxlamaq niyyətində olduğunu da ifadə etdi.

Düşünürəm ki, Ermənistan-Rusiya münasibətlərində gərginlik bundan sonra da davam edəcək. Laçın yolunda ekofəalların keçirdiyi aksiya həm də bir sıra məsələləri üzə çıxarır. Həm etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, həm də separatçılar arasında ziddiyyətlərin genişlənməsi müşahidə olunur. Bütün bunlar son nəticədə Azərbaycanın hər qarış torpağı üzərində suverenliyimizin bərpa olunmasına gətirib çıxarmalıdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR