İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Rusiyaya süfrə yumurtasının ilk partiyası idxal olunub

820 19.12.2023 20:41 İqtisadiyyat A A

Azərbaycandan Rusiyaya süfrə yumurtasının ilk partiyası idxal edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor”un mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, ilk partiyada 612 min ədəd yumurta var: “Dekabrın 19-da Rusiyaya Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə idxal edilib”.

Qeyd edək ki, Rusiyada bu ilin martından etibarən süfrə yumurtası və toyuq əti təminatında problemlər yaranıb. Ötən aylar ərzində hər iki məhsulun qıtlığı kəskin bahalaşma ilə nəticələnib. Rusiya hökuməti problemi aradan qaldırmaq üçün süfrə yumurtası və toyuq əti idxalını 2024-cü ilin iyununa qədər rüsumlardan azad edib.

Müvafiq dövlət qurumları arasında əldə edilən razılaşmalara əsasən indiyədək Azərbaycan, Türkiyə və İrandan bu məhsulların idxalına razılıq verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR