İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandakı yəhudi icmalarından İsrailə mühüm çağırış: "Qondarma soyqırımı tanımayın"

651 01.07.2026 16:15 Dünya A A

Azərbaycanda fəaliyyət göstərən üç əsas yəhudi icmasının rəhbərləri İsrail parlamentinin (Knesset) üzvlərinə rəsmi müraciət ünvanlayaraq, onları qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı irəli sürülən təşəbbüsləri dəstəkləməməyə çağırıblar.

Musavat.com xəbər verir ki, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan birgə müraciətdə sözügedən siyasi təşəbbüsün Cənubi Qafqazda formalaşmaqda olan kövrək sülh və sabitlik prosesinə ciddi mənfi təsir göstərə biləcəyi vurğulanıb. İcma liderləri diqqətə çatdırıblar ki, belə həssas və mübahisəli tarixi məsələlər ətrafında üçüncü dövlətlərin atacağı birtərəfli siyasi addımlar xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimad mühitinin güclənməsinə heç bir fayda vermir, əksinə, sülh danışıqlarını daha da çətinləşdirir.

Müraciətdə həmçinin qeyd olunur ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, yalnız tarixçilərin və müstəqil ekspertlərin elmi araşdırmalarının mövzusu olmalıdır. Yəhudi icmalarının rəhbərləri bu növ mövzuların siyasiləşdirilməsinin regionda və beynəlxalq müstəvidə İsrailin səmimi və strateji dostları arasında lazımsız gərginlik yaradacağına dair Knesset üzvlərinə qəti xəbərdarlıq ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR