İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - ANBAAN VİDEO

1167 11.12.2021 22:57 Hadisə A A

Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda qeydə alınıb. 

Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb. 

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu hadisə də onu göstərir ki, dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Əks halda, həmin şəxslər qanun qarşısında cavab verib cəzalandırılacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR