İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK HADİSƏ: Yetkinlik yaşına çatmayan qız oğurlandı

1216 17.11.2021 15:28 Yaşam A A

Noyabrın 12-də Yevlaxda yetkinlik yaşına çatmayan qız oğurlanıb.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, rayonun Meyvəli kənd sakini, Allahverdiyev Elgiz Təbriz oğlu evlənmək məqsədilə 2004-cü il təvəllüdlü R.Təhməzovanı oğurlayıb. O, qızı Oğuzun Böyük Söyüdlü kəndinə apararaq gizlədib.

Qızın ailəsinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu - yetkinlik yaşına çatmayan barəsində törədildikdə) maddəsi ilə iş açılıb. Qız tapılaraq ailəsinə qaytarılıb, onu oğurlayan şəxs isə həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR