İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məhkəmə hakimi işdən çıxarıldı

1057 18.09.2019 16:10 Ölkə A A

Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayev tutduğu vəzifədən azad edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə altı hakim intizam məsuliyyətinə cəlb edilib. O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

İclasda ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR