İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda icra başçısı birinci müavinini İŞDƏN ÇIXARDI

1309 16.11.2021 10:32 Ölkə A A

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

Musavat.com “demokrat.az”a istinadən xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR