İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Daxili İşlər Nazirliyinə yeni müavin təyin edildi, nazir səlahiyyəti ona verildi -SƏRƏNCAM

3083 15.11.2021 15:49 Son xəbər A A

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə yeni müavin təyin edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı müvafiq sərəncamla polis polkovniki Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müavin təyin edilib. Bununla bərabər R.İsmayılova bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunan Daxili İşlər naziri Fazil Ələkbərovun səlahiyyətlərinin icrası həvalə edilib.

Qeyd edək ki, Rəşad İsmayılov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifəsində çalışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR