İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqlayıb

641 07.04.2023 14:41 Kriminal A A

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Musavat.com apa-ya istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin şəhər ərazisindəki parkların birində mübahisə zəminində baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR