İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana sığınmaq istəyən ermənilərə cinayət işi açıldı-Casusluqda ittiham olunurlar  

615 12.08.2022 18:18 Region A A

Videomüraciət yayaraq Azərbaycandan vətəndaşlıq istəyən Ermənistan vətəndaşlarına cinayət işi açılıb.

Musavat.com “Vestkik Kavkaza” ya istinadən məlumat verir ki, onlar dövlətə xəyanət və casusluqda ittiham olunurlar.

Ermənistan prokurorluğunun məlumatında iddia edilir ki, V.Q. 2017-ci ildə xarici xüsusi xidmət orqanlarına cəlb olunub və onlara Ermənistan dövlətinə qarşı təxribat xarakterli fəaliyyətlər aparmağa kömək edib. Həmin şəxsin Azərbaycanın Gürcüstandakı səfirliyi ilə daim əlaqə saxladığı da iddia edilir. 2022-ci ilin iyununda o, “Baqrataşen” keçid məntəqəsi vasitəsilə Gürcüstana keçib və avqustun əvvəlində videomüraciət yayıb, Ermənistan vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib.

Digər vətəndaş İ.V. isə İstanbulda yaşayıb və vaxtaşırı sosial şəbəkələrdə anti-erməni bəyanatlar yayıb. O, Ermənistanın siyasətini, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı bu dövlətin əməllərini tənqid edib və Azərbaycanın qüdrətini yüksək qiymətləndirib. Ermənistan Baş Prokurorluğunda hesab edirlər ki, o, Türkiyədəki xarici kəşfiyyat tərəfindən işə götürülüb.

“Vestnika Kavkaza” jurnalının baş redaktoru Andrey Petrov qeyd edib ki, Azərbaycan pasportu almaq üçün Prezident İlham Əliyevə müraciət edən şəxslər İşxan Verdyan və Vahe Qəmbəryandır: “Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatdan belə qənaətə gəlmək olar ki, təkcə Verdyan deyil, yaşlı Qəmbəryan da Azərbaycan vətəndaşlığı üçün müraciət etmədən öncə Ermənistandan qaçmalı olub. Bu məlumatların açıqlanması, eləcə də cinayət işlərinin başlanmasının açıq məqsədi var - Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə qalmaq barədə düşünən Ermənistan vətəndaşlarını qorxutmaq. İrəvan açıq danışır: kim vətəndaşlığını dəyişib Qarabağda qalmağa cəhd edərsə, ona Ermənistanda cinayət işi açılacaq. Üstəlik, Qarabağda sadəcə olaraq qanuni yaşamaq istəyənlər Ermənistan dövləti tərəfindən “təxribatçılıq fəaliyyətində” ittiham olunurlar, baxmayaraq ki, burada Ermənistana qarşı heç bir təxribat yoxdur. Azərbaycana mühacirət etmək arzusu olanların sayı çoxalsa da, kütləvi şəkildə Azərbaycana köç mümkün olmayacaq. Axı söhbət yalnız Qarabağın və Azərbaycanın Şərqi-Zəngəzur iqtisadi rayonlarının yerli erməni əhalisinin pasportlaşdırılmasından gedir. Bu ittihamı necə başa düşmək olar? Aydındır ki, erməni hakimiyyətinin qonşularına qarşı nifrəti hələ də qalır. Buna görə də İrəvan hesab edir ki, Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşlar “təxribatçı fəaliyyətlər aparırlar”. Görünür, Ermənistanda millətçiliyə qarşı çıxmaq tabu olaraq qalır”,-deyə A. Petrov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR