İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Milli Qəhrəmanın oğluna BELƏ CAVAB VERDİ - AÇIQLAMA

1561 16.08.2023 13:06 Son xəbər A A

“Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb. Bununla əlaqədar bildiririk ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir”.

Musavat.com xəbər verir ki, bunu qurumun mətbuat katibi Mehman Mehdiyev deyib:

“Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz.

Qeyd edək ki, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verib.

Qaynarinfo-nun yazdığına görə Ceyhun Əsgərovun iddiası Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır. İşin mahiyyəti əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Ceyhun Əsgərov 2015-ci ildə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR