İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sərhəddə gərginliyi müzakirə edib -YENİLƏNİB

397 19.05.2021 15:18 Siyasət A A

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar.

***

12.37

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) sədrliyi, Fələstindəki son hadisələr müzakirə edilib.

Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR