İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan XİN başçıları bu ölkədə görüşə bilər

696 20.10.2023 17:56 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilərlər.

Bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan çıxış edib.

V.Kostanyan bildirib ki, İrəvan Tehrandan xarici işlər nazirləri səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb.

“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR