İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan nazirləri İstanbulda görüşdülər - FOTO

1088 28.11.2025 19:58 Gündəm A A

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İstanbulda keçirilən Zero Waste – “Sıfır Tullantı” Qlobal Forumunda iştirak edib.

Musavat.com xəbər verir ki, tədbir çərçivəsində o, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət edib.

Nazirlər arasında hansı mövzuların müzakirə olunduğu açıqlanmayıb.

Bundan əlavə, Papoyan Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə də fikir mübadiləsi aparıb.

Forumda ümumilikdə iki onluğa yaxın ölkənin aqrar sahəyə cavabdeh nazir və yüksəkvəzifəli nümayəndələri iştirak edib. Gündəlikdə “Sıfır tullantı” təşəbbüsünün qlobal səviyyədə təşviqi və ekoloji dayanıqlı mexanizmlərin gücləndirilməsi dayanıb.

Musavat.com 

0b73e79a-16fc-456a-ba15-a5dc864584e9.jpg (82 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR