İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan neftinin qiyməti 3 dollaradək ucuzlaşıb

634 11.05.2022 11:30 İqtisadiyyat A A

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,78 ABŞ dolları, yaxud 2,49% azalaraq 108,77 ABŞ dolları təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 105,24 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR