İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Litva Əməkdaşlıq Sazişi təsdiq olunub

257 08.07.2023 18:40 Son xəbər A A

"Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla 2023-cü il mayın 22-də Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilir.

Azərbaycanın Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR