İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İsveçrə jurnalistlərinə qarşı cinayət işi açır

877 23.12.2019 20:12 Ölkə A A
 

İsveçrənin  "Schweizer Monat" ("İsveçrə ayı") jurnalının  redaksiyasına Azərbaycanın Berndəki səfiri Xanım İbragimova tərəfindən jurnalın baş redaktoru Ronni Grob və üç əməkdaşının Azərbaycanda  persona non-qrata elan ediləcəyi barədə məktub daxil olub.

Bu barədə virtualaz.org “Neue Zürcher Zeitung” nəşrinə istinadən xəbər verir.

Səfir həmçinin baş redaktora və həmkarlarına Bakıdan icazə almadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar cinayət işinin açılacağını bildirib. 

“Schweizer Monat” jurnalının sentyabr ayı üçün buraxılış sayı qondarma “Dağlıq Qarabağ Respublikası” na həsr olunub.  34 səhifəlik jurnalın buraxılışında Dağlıq Qarabağ haqda ondan çox məqalə və separatçıların rəhbəri Bako Saakyan barədə reportaj dərc edilib. İsveçrəli jurnalistlər "DQR" dakı siyasi və iqtisadi vəziyyəti izah edib, həmçinin cəbhə bölgəsinə baş çəkiblər.

Səfər İsveçrənin Cənubi QafqazFondu  tərəfindən təşkil edib və maliyyələşdirib. Ronni Grob və onun  üç əməkdaşı Qarabağa səfər zamanı Yerevana da gediblər.

X. İbrahimova məktubda qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan üzrxahlıq məktubu yazılarsa və jurnalın saytında Dağlıq Qarabağla bağlı materiallar silinərsə, Azərbaycan hökuməti jurnalistlərə qarşı sanksiyalardan imtina edə bilər.

İsveçrə Xarici İşlər Nazirliyi “Neue Zürcher Zeitung” nəşrinin sorğusuna cavab olaraq xatırladıb ki, Azərbaycan tərəfindən icazə almadan  tanınmayan  Dağlıq Qarabağ "respublikasına" səfərlər "çətinliklər" yarada bilər. Səyahət tövsiyələrində Xarici İşlər Nazirliyi Qarabağa və qonşu işğal olunmuş ərazilərə səfər etməməyi tövsiyə edib.

"Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən hər kəs Azərbaycan qanunlarına görə cəzalandırıla bilər",-  deyə XİN-dən İsveçrənin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini qed edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR