İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Hind okeanındakı hərbi təlimlərdə

741 13.03.2024 12:32 Ölkə A A

İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2024" təlimləri başlanıb; "Hərbi Dəniz Qüvvələrimizin döyüş hazırlığı təkmilləşdirilir" - ekspert

İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2024" hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır və Hind okeanının şimal hissəsində baş tutacaq. "Yeni Müsavat" bildirir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Təlimlərdə Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək. Təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir. 

Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani Moskva, Pekin və Tehranın martın 19-dək birgə təlimlər keçirmək planlarından danışmışdı. Bəyanatdan sonra o əlavə edib ki, təlimlərə başqa ölkələr də dəvət olunacaq, lakin onların adları açıqlanmamışdı. Pekin, Tehran və Moskva Şərq üçbucağı sayılır. Ukrayna münaqişəsində də, Qəzza hadisələrində də müttəfiq kimi çıxış edirlər. Bu təlimlərin də keçirilməsi həmin birliyi nümayiş etdirməkdir. Azərbaycanın da bu təlimlərdə iştirakı maraq doğurur. İran və Rusiyanın təlimlərində bizim də iştirakımız Xəzəryanı dövlətlər olmağımızdan irəli gələ bilər. 

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri dünyanın bir çox sularında müxtəlif təyinatlı təlimlərdə iştirak edib: “Eyni zamanda quru təlimlərdə, qərargah təlimlərində müşahidəçi qismində qoşulublar. Təbii ki, Rusiya, İran və qlobal imkanlarına görə Çin Azərbaycanın da yerləşdiyi bu regionda əhəmiyyətli ölkələrdir. Bu baxımdan Azərbaycanın adıçəkilən dövlətlərin təşkil etdiyi təlimlərdə iştirakı Hərbi Dəniz Qüvvələrimizin döyüş hazırlığının təkmilləşdirilməsindən ibarətdir”. R.Məmmədli hesab edir ki, bu məsələyə iki müstəvidə yanaşmaq olar: “Birincisi, siyasi aspektdən qiymət verməliyik. Belə ki, bu regionda Çin, Rusiya, İran kimi dominant dövlətlər yerləşir. Xüsusən də Qərbin son zamanlar Bakıya qarşı ədalətsiz mövqe nümayiş etdirməsi fonunda Azərbaycanı "Şərq bloku" ilə əməkdaşlığı dərinləşdirməyə məcbur edirlər. Xatırlayıram ki, 90-cı illərdən başlayaraq Azərbaycan Ordusu NATO-nun fəaliyyət göstərdiyi sülhməramlı missiyalarda, təlimlərdə iştirak edirdi. Azərbaycan NATO ilə inteqrasiya məqsədilə mərkəz də formalaşdırmışdı. Hətta hərbi hissələrdən biri NATO standartları səviyyəsində hazırlanmışdı. Bu istiqamətdə ciddi işlər gedirdi. Azərbaycan hərbi qulluqçuları taktiki və qərargah təlimlərində iştirak edirdilər. Lakin 44 günlük müharibədən əvvəl Bakının açıqladığı mövqe və sonrakı dönəmdə əleyhimizə addımlar səbəbindən NATO ilə münasibətlərə yenidən baxmalı olduq. Habelə, Qərb təsisatları ilə əməkdaşlığı yenidən nəzərdən keçirdik". Şərq ölkələrinə gəlincə, ekspertin sözlərinə görə, əvvəlcə əməkdaşlıq, indi iə müttəfiq olduğumuz Rusiya Hind okeanındakı təlimlərdə var, Pakistan da müttəfiq ölkə olaraq həmin təlimlərdə iştirak edir.  

Qeyd edək ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb: “Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təşkil edib. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. 

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR