İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə nəhəngindən gözlənilməz gediş

548 25.07.2026 20:08 İdman A A

“Arsenal” klubu “Real Madrid”in ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaq imkanlarını araşdırır.

İngiltərə təmsilçisinin braziliyalı vingerə olan marağı hələ ki, ilkin mərhələdədir və klublar arasında rəsmi danışıqlar başlamayıb. Lakin bu transfer ideyası “topçular”ın rəhbərlik və məşqçilər korpusu səviyyəsində bəyənilib.

Keçidin baş tutması böyük ölçüdə futbolçunun “kral klubu” ilə müqavilə yeniləmə prosesindən asılı olacaq. Tərəflər arasında hələ ki razılıq əldə olunmayıb və “Real Madrid” 26 yaşlı hücumçunu gələn yay azad agent kimi pulsuz itirmək istəmir. (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR