İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - FOTOLAR

700 25.07.2026 18:24 Ölkə A A

İş xanımı Ruhi Əliyeva sosial şəbəkədə əkiz oğulları Həsən və Məhəmmədin ad günü münasibətilə paylaşım edib.

O, övladlarına ünvanladığı duyğusal sözlərlə onların həyatının ən böyük möcüzəsi və Allahın ona bəxş etdiyi ən qiymətli əmanət olduğunu vurğulayıb.

“Bu gün mənim yenidən doğulduğum gündür. Çünki bu gün mənə dünyanın ən gözəl adını – ana adını bəxş edən iki mələyimin ad günüdür. Canım oğullarım, siz həyatımın ən saf duası, böyük möcüzəsi və Allahın mənə bəxş etdiyi ən qiymətli əmanətisiniz. Siz doğulduğunuz gündən bəri ürəyim iki bədənə bölünüb” deyə, R. Əliyeva paylaşımında yazıb.

O, övladlarına sağlam, xoşbəxt və vicdanlı ömür arzulayaraq, sevgisinin heç vaxt azalmayacağını bildirib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR