İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan görünməmiş HAZIRLIQ: Yeraltı nüvə obyektləri minalandı, ordu hərəkətə keçdi

378 25.07.2026 19:53 Dünya A A

ABŞ kəşfiyyatı hesab edir ki, İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasında atasından daha çox maraqlıdır.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti kəşfiyyat qiymətləndirmələri ilə tanış olan rəsmi şəxslərə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, müharibənin əvvəlində İsrailin ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyi hücum nəticəsində öldürülən keçmiş ali lider heç vaxt açıq şəkildə İranı nüvə silahı yaratmağa çağırmayıb. Lakin ABŞ xüsusi xidmət orqanları düşünür ki, Müctəba Xamenei və hakimiyyətə gələn daha mühafizəkar hökumət bu silahı hazırlamaq ambisiyasına sahibdir.

Kəşfiyyat məlumatlarına əsasən, İran keçən ilin iyun ayında ABŞ-nin bombardmanlarına məruz kalmış nüvə obyektlərindəki uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan sentrifuqaların heç olmasa bir hissəsini ölkənin mərkəzində yerləşən Pikaks dağındakı yeni, yaxşı istehkam edilmiş yeraltı kompleksə köçürüb. Tehran həmçinin ABŞ-nin hər hansı quru əməliyyatının qarşısını almaq üçün həmin əraziyə quru qoşunları yerləşdirib.

ABŞ rəsmiləri hesab edirlər ki, bu addım İranın uranın zənginləşdirilməsi avadanlıqlarını qoruyub saxlamaqda maraqlı olduğunu göstərir. Onlar vurğulayırlar ki, ABŞ kəşfiyyatının məlumatına görə, bombanın əsas komponentləri, xüsusən də İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları toxunulmaz qalıb və Tehran üçün əlçatandır.

Bu arada “New York Post” qəzeti şənbə günü Birləşmiş Ştatların İranın möhkəmləndirilmiş nüvə obyektlərindəki zənginləşdirilmiş uranı ələ keçirmək üçün iri miqyaslı xüsusi təyinatlı əməliyyat keçirmək imkanlarını nəzərdən keçirdiyini bildirib.

Hərbi planlaşdırma ilə tanış olan mənbəyə və ekspertlərə istinadən hazırlanan hesabatda qeyd olunur ki, obyektlərin təhlükəsizliyini təmin etmək, mina-tələləri zərərsizləşdirmək və nəqliyyat marşrutlarını qorumaq üçün minlərlə hərbi qulluqçuya ehtiyac yarana bilər.

Daha kiçik tərkibli xüsusi təyinatlı qrup isə ekspertlərdən birinin potensial olaraq “hərb tarixinin ən mürəkkəb əməliyyatı” adlandırdığı missiya çərçivəsində materialları oradan çıxarmalı olacaq.

Mümkün hədəflər arasında İsfahan, Fordo və Nətənz yaxınlığındakı Pikaks dağının yeraltı kompleksi var. Məqalədə İranın olası bir əməliyyat gözləntisi ilə bəzi obyektləri daha da möhkəmləndirdiyi və partlayıcı maddələr yerləşdirdiyi bildirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu missiya son dərəcə təhlükəlidir və yeraltı qurğuların tamamilə məhv edilməsi əməliyyatına çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR