İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Alt Komitəsinin sessiyasında təmsil olunub FOTO

486 02.07.2026 13:15 Siyasət A A

 

Londonda Beynəlxalq Dəniz Təşkilatının mənzil-qərargahında Naviqasiya, Kommunikasiya və Axtarış-Xilasetmə üzrə Alt Komitəsinin 13-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib. 

Toplantı çərçivəsində gəmi hərəkətinin təşkili, gəmilər üçün hərəkət marşrutları sistemi, Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə, habelə Gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənilməsi sistemlərinin, axtarış-xilasetmə xidmətlərinin inkişafı, elektron naviqasiya, rəqəmsal texnologiyaların tətbiqi və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd olunub ki, müzakirələr beynəlxalq dəniz üzgüçülüyünün daha da gücləndirilməsi, müasir naviqasiya və rabitə sistemlərinin inkişafı, eləcə də Beynəlxalq Dəniz Təşkilatının normativ-hüquqi bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR