İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bankrot vəziyyətinə çatıbmı?

5453 09.01.2016 08:35 İqtisadiyyat A A
Bunun səbəbi kimi qeyd edilib ki, dekabr ayının 21-də növbəti devalvasiyadan sonra dövlət qurumlarının xarici borcları daha da artıb. Məlumat üçün deyək ki, ümumilikdə dövlət qurumlarının xarici borcları 7 milyard dollar civarındadır. Devalvasiyadan sonra bu borclar da adekvat olaraq artıq və xarici borcun ümumdaxili məhsuldakı payı iki dəfəyə qədər çoxalıb.

“Yeni Müsavat”a açıqlamasında Dünya Bankının  Azərbaycanla bağlı dəyərləndirməsinə münasibət Vüqar Bayramov da bildirdi ki, manatın dəyərdən düşməsi iqtisadiyyatı böhran vəziyyətinə gətirib: “Azərbaycan iqtisadiyyatı manatın devalvasiyasından sonra əvvəlki inkişaf tempini itirməyə başayıb. Nəzərə alsaq ki, neftin denya bazarındakı qiyməti aşağı düşdükdən sonra ölkəyə daxil olan vəsaitlərin həcmi 3 dəfə azalıb, neftin qiyməti yüksək olan dövrdə Azərbaycan ixracatının 95 faizini neft və neft məhsulları təşkil edirdi. O baxımdan neftin kəskin ucuzlaşması Azərbaycan ixracatının dəyər ifadəsinin də kəskin şəkildə aşağı düşməsinə səbəb oldu. Çünki qeyri-neft ixracatı çox az idi və ümumi ixracatın 5 faizini təşkil edirdi. Bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına səbəb oldu və nəticə etibarilə manatın devalvasiyası baş verdi. Çünki, ölkəyə daxil olan valyutanın  həcmi azaldığı üçün, valyutaya olan tələb yüksəldiyi üçün bu manatın  məzənnəsinin qoruyub saxlanılmasını mümkünsüz etdi”.

İqtisadçı-ekspert vurğuladı ki, Azərbaycan ÜDM-i son bir ildə dollar ifadəsində iki dəfə azalıb: “Əgər 2014-cü  ilin yekunlarında Azərbaycan ÜDM-i dollar ifadəsində 75 milyard dollardan çox idisə, 2015-cü ilin yekunlarında Azərbaycan ÜDM-i dollar ifadəsində artıq 36 milyard dollara qədər azaldı. Nəzərə alsaq ki, Azərbaycanın xarici borcu dollarladır, lakin ÜDM-in həcmi manatla formalaşır, manatın məzənnəsi aşağı düşdükcə, xarici borcun ümumdaxili məhsuldakı payı artır. Baxmayaraq ki, Maliyyə Nazirliyinin məlumatına görə, xarici borcun ümumdaxili məhsuldakı payı elə də böyük deyil. 2015-cilin noyabr ayına olan məlumata görə, xarici borcun 6,7 milyard dollar olub. Neftin dünya bazarında qiymətinin yüksək olduğu dövrdə əgər xarici borcun ÜDM-dəki payı, 8 faizdən aşağı idisə, hazırda bu rəqəm 20 faizə qədər yüksəlib.

Borc məbləğində kəskin artım olmasa da, manatın devalvasiyası xarici borcun artmasına səbəb olub. 2015-cil ilin iqtisadi yekunları təəssüf ki, ürəkaçan olmadı. İqtisadiyyatın dollarla ifadəsində müəyyən geriləmələr oldu. Demirəm ki, bu vəziyyətdən çıxış yolu yoxdur. Təbii ki, çıxış yolu var. Digər ölkələrin təcrübəsinə nəzər salsaq Azərbaycan kimi neftdən asılı olan ölkələrdə belə problemlər yaşanır. Bu problemlərin həll ilə bağlı xüsusi reseptlər var".

Ekspert onu da vurğuladı ki, beynəlxalq qurum tərəfindən verilən bu açıqlama Azərbaycanın kredit reytinqinə də mənfi təsir göstərəcək: “Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun borc limiti ilə bağlı qaydalarını nəzərə alsaq, Azərbaycanın xarici borca getmək imkanları var, təxminən 10 milyard dollar borclanması mümkündür. Təbii ki, 80-100 milyard dollarlıq fantastik rəqəmlər borclanma üçün söylənə bilməz. O baxımdan daha məqsədəuyğundur ki, Azərbaycan limit çərçivəsində borclanmaya getsin. Bu borclanma ilə yanaşı hökumət genişmiqyaslı islahatlara başlamalıdır. Bütün süni əngəlləri, monopoliya, qeyri-rəsmi ödənişlər tamamilə aradan qaldırılmalıdır. Sosial islahatlar və kadr islahatları aparılmalıdır.

Təkcə Dünya Bankının bu proqnozu deyil, həmçinin Azərbaycan iqtisadiyyatının ümumilikdə geriləməsi Azərbaycanın kredit reytinqinə də  təsir göstərəcək. Azərbaycanın kredit reytinqinin aşağı düşəcəyi gözlənilir. Həm Azərbaycanın, həm də şirkətlərin kredit reytinqində azalmalar olacaq. Nəzərə alsaq ki, xaricdən kredit alan əsas sektorlardan biri də bank sektorudur, o zaman bankların da kredit reytinqinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq.

Azərbaycanın ticarət tərəfdaşları isə əsasən neft sektoru ilə əməkdaşlıq edir. Makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycanın daha aşağı  faizlə, daha yüngül şərtlərlə kredit almaq imkanlarını məhdudlaşdıracaq. Çünki, ölkənin  kredit reytinqinin aşağı düşməsi onun ucuz kredit mənbələrinə çıxışını məhdudlaşdırır. O baxımdan Azərbaycanın iki il öncə daha aşağı faizlə kreditlər cəlb etmək imanı var idisə, Azərbaycan şirkətləri rahatlıqla öz istiqrazlarını Avropa bazarında yerləşdirə bilirdilərsə, kredit reytinqindəki gözlənilən azalmalar  bunun tətbiq edilməsini mümkünsüz edəcək".

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə Azərbaycan iqtisadiyyatında problemlərin mövcud olmasına baxmayaraq  Dünya Bankının proqnozu ilə razılaşmadığını bildirdi: “Dünya Bankı və Beynəlxalq Valyuta Fondu belə proqnozlar verirlər. Düzdür, bizim problemlərimiz var. Manatın  ucuzlaşması ilə əlaqədar xarici borcun da həcmi artıb. Ancaq çıxış yolları da var. Biz də Azərbaycan hökumətinin Mərkəzi Bankla bir yerdə  atacağı addımları  gözləyirik. Yaxın zamanlarda bunlar açıqlanmalıdır. Bundan sonra müəyyən söz demək olar.

Dünya Bankının proqnozu ilə razılaşmıram, hələ ki, bu haqda danışmaq tezdir. Lakin problemlərin həlli üçün çevik hökumət olmalıdır, bu hökumət gecə-gündüz işləməlidir, idxal-ixrac məhsulları ilə bağlı analizlər aparmalıdırlar. Problem çoxdur. İxrac yönümlü məhsulların istehsalına nail ola bilməsək vəziyyət çox pis olacaq. Digər tərəfdən ixracda liberallaşma və şəffalığı təmin etmək lazımdır. Bunun üçün bir addım atıldı, gömrük sadələşdi, mən bu addımların davam etdirilməsinin tərəfdarıyam. Bütün bu problemlərin həlli üçün çevik hökumətə ehtiyac var".

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR