İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 13 erməni əsiri qaytaracaqmı? – Ağasif Şakiroğlu CANLI-da

679 17.11.2021 15:57 Gündəm A A

Rusiyanın müdafiə naziri Sergey Şoyqu təcili olaraq sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovu məzuniyyətdən geri çağırıb. Ermənistanın “Hraparak” nəşri yazıb ki, R.Muradov İrəvana gedəcək, daha sonra Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparacaq. Generalın məzuniyyəti dekabrın 5-i bitməli idi. Muradovun təcili şəkildə çağırılması ondan xəbər verir ki, bu vəziyyətdə yalnız o danışıqlar apara bilər. Güman edilir ki, danışıqların mövzusu döyüş nəticəsində həlak olan və saxlanılanlara aid olacaq.

Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları var. Erməni tərəfi rəsmi açıqlayıb ki, noyabrın 17-i səhər saatlarına qədər bir hərbçinin öldüyü dəqiqləşib, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil. Bəs Azərbaycan Muradova əsirləri təhvil verəcəkmi, yoxsa mühakimə edəcək?

TVMusavat-ın “Həftə içi” verilişində Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə həm əsirlər mövzusunu, həm sərhəddə baş verənləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR