İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Həsrət: "Türkiyənin Suriya üzərində bir haqqı yaranıb"

474 14.10.2019 17:27 Media A A

"Bu gün 3,5 milyon suriyalı Türkiyəyə qaçqın kimi sığınıb. Bu baxımdan Türkiyənin Suriya üzərində bir haqqı yaranıb".

Musavat.com xəbər verir ki, bu fikri Bakı Beynəlxalq Media konfransında çıxış edən jurnalist Azər Həsrət deyib.

O, bildirib ki, "Barış Pınarı" hərəkatı bu haqqın Türkiyəyə verilməsi üçün başladılıb: "Ona görə də biz cənab Prezident İlham Əliyevin, cənab Əli Həsənovun söylədiyi kimi, Türkiyənin arxasindayıq və sonuna qədər də dəstəyimizi ifadə edəcəyik. Sosial mediaya gəlincə isə hər birimiz 2013-cü ildə yaşanan "Gezi olayları"nı xatırlayırıq. Sosial media üzərindən hər kəs ayağa qaldırıldı. Çünki sosial şəbəkə hər kəs üçün açıqdır və bundan istifadə etmək çox asandır. Türkiyə 2015-ci ildəki "FETÖ olayları" çərçivəsində də eyni qaydada sosial şəbəkələr üzərindən təzyiqlərə məruz qaldı. Türkiyənin üzərinə Qərb gücləri gəlməyə başladılar. Türkiyənin üzərinə bütün dünyanı ayağa qaldırmağa çalışsalar da bunu bacarmadılar".

A.Həsrət bildirdi ki, Azərbaycan o dövrlərdə də ilk dövlət olaraq, Türkiyənin yanında olduğunu bəyan etdi: "Bunu sözdə deyil, əməldə də etdik. 2016-ci ilin aprel ayında Azərbaycanda yaşanan savaşı bilirsiniz. Erməni qüvvələri Azərbaycanın sivillərini vurmağa başladılar. O dövrdə Azərbaycan təbii olaraq hərbi gücünü istifadə etməyə başladı. Bütün bunların fonunda sosial mediadan bizə qarşı təxribatlara başladılar. Sosial medianın gücündən istifadə edən bəzi məqsədli qüvvələr bizi zəiflətməyə çalışdılar. Sosial media yeni texnologiya olsa da təbii ki, zərərli yönü də yox deyil. Bəs biz nə edə bilərik? Düşünürəm ki, Türk dünyası arasında əlaqələri daha da genişləndirmək lazımdır. Indi biz bu salonda Türkiyə və Azərbaycan media təmsilçiləri olaraq bir araya gəldik. Sonrakı toplantılarda Orta Asiya, Türküstan təmsilçilərinin də bizimlə olması vacibdir. Çünki onlarla əlaqə qurmasaq, onlar bizdən uzaq qalarlar və biz istədiyimiz birliyi qura bilmərik".

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR