İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

495 11.03.2024 18:35 Son xəbər A A

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR